Putin: “Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdiddir”

0

Ukraynanın NATO-ya üzvlüyü Rusiya Federasiyasının təhlükəsizliyinə təhdiddir.

QafqazTürk xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın səbəblərindən biri Ukraynanın alyansa qoşulma təhlükəsidir.

“Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq. NATO-ya üzvlük Ukraynanın təhlükəsizliyini artırmayacaq”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Rusiya Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsinin əleyhinə deyil:

“Rusiyanın təhlükəsizlik zəmanətlərinə əməl etmək şərti ilə…”

APA

0
0
Sonrakı yazı
პოლონეთში ქართველი დააკავეს
Öncəki yazı
Gürcüstan və Ermənistan vətəndaşları biometrik şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcək – ƏTRAFLI