Putin: “Rusiyanın kifayət qədər kaset bombaları ehtiyatı var və lazım gələrsə…”

0

“Rusiyanın kifayət qədər kaset bombaları ehtiyatı var və lazım gələrsə onlardan istifadə ediləcək” – QafqazTürk xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Putin qeyd edib ki, Ukraynada Rusiya qüvvələrinə qarşı belə sursatlardan istifadə edilərsə, Moskva kaset bombalarından istifadə etmək hüququnu saxlayır.

“Sözsüz ki, onlar bizə qarşı kaset silahından istfadə etsə, biz də müvafiq cavab verəcəyik”, – Putin qeyd edib.

Qeyd edək ki, Ukrayna kaset bombalarını ABŞ-dan alıb. Lakin Kiyev şərt qoyub ki, silahdan yalnız düşmən əsgərlərinin konsentrasiyasının qarşısının alınması üçün istifadə edəcək.

Xatırladırıq ki, dünyanın 100-dən çox ölkəsində kaset bombalarından istifadə qadağandır

0
0
Sonrakı yazı
Brüsseldə Azərbaycan, Aİ Şurası və Ermənistan liderləri arasında görüş baş tutub – ƏTRAFLI
Öncəki yazı
Poniçalada azyaşlı qızı evlənmək məqsədilə qaçıran şəxslər tutulub – ƏTRAFLI