This is a specific ad

Putin Rusiyadan bəzi xammalın ixracatına qadağa qoyacaq

308

Another advertisement

Vladimir Putin hökumətə Rusiyadan uran, titan və digər məhsulların ixracına qadağa qoyulması məsələsinə baxmağı təklif edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya prezidenti hökumət üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər elə olmalıdır ki, ölkə iqtisadiyyatı zərər görməsin.

“Ümumiyyətlə, mən demirəm ki, sabah bunu edək, – təkcə adını çəkdiyim malların deyil, bəzilərinin də xarici bazara çatdırılmasına bəzi məhdudiyyətlər barədə fikirləşin. ”, – prezident qeyd edib.

Dövlət başçısı qeyd edib ki, Rusiya bir sıra strateji xammal növlərinin ehtiyatlarına görə liderdir: dünya təbii qaz ehtiyatlarının demək olar ki, 22%-i, qızıl – 23%-i, almaz – demək olar ki, 55%-i.

Kateqoriya: Dünya, İqtisadiyyat
Sonrakı yazı
Zurabişvili: “Rusiya sərhədlərə hörmət etməlidir”
Öncəki yazı
12-13 sentyabr tarixlərində havanın dəyişəcəyi gözlənilir