Another advertisement
“Rusiya Afrika ölkələrinin Ukraynadakı münaqişəni həll etmək planlarına hörmətlə yanaşır, çünki bu, kəskin problemdir, Rusiya Federasiyası bu məsələni müzakirə etməkdən yayınmayacaq” – QafqazTürk xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rusiya-Afrika” sammitinin iclasında deyib. .
Rusiya prezidentinin sözlərinə görə, Moskva Afrika ölkələrinin sülh planını diqqətlə öyrənir.
“Vasitəçilik missiyaları yalnız inkişaf etmiş demokratik dövlətlərin inhisarında idi. İndi Afrika da özünün əsas maraq dairəsindən kənarda görünən problemlərin həllinə kömək etməyə hazırdır. Biz sizin təşəbbüslərinizə hörmət edirik və onları diqqətlə nəzərdən keçirəcəyik”, – deyə Vladimir Putin bildirib.