Another advertisement
“Putin qəsdən hücum etmək üçün Milad bayramını seçdi, bundan daha qeyri-insani nə ola bilər?”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə yazıb.
“70-dən çox raket, o cümlədən ballistik raketlər və yüzdən çox pilotsuz təyyarə istifadə olunub. Hədəf bizim enerji infrastrukturumuz idi. Onlar Ukraynada elektrik enerjisini kəsməyə cəhd etməkdə davam edirlər”, – Ukrayna prezidenti yazıb.
Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri 50-dən çox raketi və ruslar tərəfindən buraxılan pilotsuz təyyarələrin əksəriyyətini vurub.
Vladimir Zelenski qeyd edir: “Rus şərri Ukraynanı parçalaya və Milad bayramını poza bilməz”.