Putin: “Qurani-Kərimə hörmətsizlik Rusiyada cinayətdir”

0

Rusiya prezidenti Vladimir Putin bəzi ölkələrdən fərqli olaraq Rusiyada Qurani-Kərimə hörmətsizliyin cinayət olduğunu və Rusiyanın bu hüquqi qaydalara hər zaman əməl edəcəyini bildirib.

QafqazTürk.com xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki Cümə məscidinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putin Quranın müsəlmanlar üçün müqəddəs yadigar olduğunu vurğulayıb.

“Quran müsəlmanlar üçün müqəddəs əmanətdir və bütün insanlar üçün də eynidir. Başqa ölkələrdə fərqli davrandıqlarını, insanların dini hisslərinə hörmət etmədiklərini, üstəlik, bunun cinayət olmadığını dediklərini bilirik”, – deyə Putin qeyd edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Aİ ölkələrinin liderləri Ukrayna və miqrasiya yönümlü gündəmlə görüşəcək
Öncəki yazı
“Kredo Bank”ın Marneuli üzrə meneceri “QafqazTürk Media”nın qonağı oldu