Another advertisement
Rusiya Prezidenti Vladimir Putin NATO ölkələrini fayda əldə etmək üçün yeni münaqişələri təşviq etməkdə ittiham edir. O, hücum imkanlarını inkişaf etdirdiklərini və müasirləşdirmə prosesində olduqlarını bildirib. QafqazTürk xəbər verir ki, bu barədə Vladimir Putin beynəlxalq təhlükəsizlik konfransında danışıb.
Onun sözlərinə görə, NATO həm də Asiya-Sakit okean regionunda hökmranlıq etmək üçün AUKUS bloku ilə birləşir.
“NATO-ya üzv dövlətlər hücum imkanlarını inkişaf etdirmək və modernləşdirmək, hərbi münaqişəni kosmosa və informasiya məkanına keçirmək cəhdlərini, hərbi və qeyri-hərbi təzyiq vasitələrindən istifadəni davam etdirirlər. Bütün bunlar silahlara nəzarət sisteminin məhv edilməsi fonunda baş verir”– Putin bildirib.