Putin Lukaşenkoya təşəkkür etdi

0

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin növbəti telefon danışığı zamanı “Vaqner”in rəhbəri Yevgeni Priqojin ilə danışıqların nəticələrini müzakirə ediblər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

Rusiya Prezidenti aparılan danışıqlara belaruslu həmkarına təşəkkür edib.

Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Ermənistanın Baş naziri Nikol Paşinyan Putinə zəng edib
Öncəki yazı
Hakan Fidan və Antoni Blinken Rusiyada baş verən hadisələri müzakirə edib