“Putin hələ də aldatmağa çalışır” – Ukrayna XİN rəhbəri  

53

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə bağlı dediyi “Əgər Zelenski hazırdırsa, qoy Moskvaya gəlsin” fikirlərinə münasibət bildirib.

Sibiqa qeyd edib ki, hazırda ən azı yeddi ölkə Ukrayna və Rusiya prezidentlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Onların arasında Avstriya, Müqəddəs Taxt-Tac, İsveçrə, Türkiyə və Fars körfəzindən üç dövlət var. Onun sözlərinə görə, bunlar real və ciddi təkliflərdir və prezident Zelenski belə bir görüşə istənilən vaxt hazırdır.

Nazir vurğulayıb ki, Putin əvvəlcədən qəbuledilməz şərtlər irəli sürməklə beynəlxalq ictimaiyyəti aldatmağa davam edir. Sibiganın fikrincə, yalnız Rusiyaya qarşı təzyiqlərin artırılması Moskvanı sülh prosesinə daha ciddi yanaşmağa məcbur edə bilər.

Sonrakı yazı
Vladimir Putin Zelenskini görüş üçün Moskvaya dəvət edib
Öncəki yazı
Ukrayna qazsız qala bilər