Putin Gürcüstanla sərhədin müəyyənləşdirilməsi məsələləri üzrə yeni nümayəndə təyin edib

91

Rusiya prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrlə, Gürcüstanla, işğal olunmuş Abxaziya və Cənubi Osetiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri üzrə xüsusi nümayəndə təyin edib. Bu vəzifəyə Nikolay Udoviçenko gətirilib.

QafqazTürk Media xəbər verir ki, O, eyni zamanda Xəzər dənizi ilə bağlı çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edir. 63 yaşlı Nikolay Udoviçenko bundan əvvəl Rusiyanın Qırğızıstandakı səfiri olub.

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Nikolayeviç Udoviçenko, Rusiya Federasiyası prezidentinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilsin. Ona həmçinin Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı vəzifələr Abxaziya Respublikası, Gürcüstan və Cənubi Osetiya Respublikası ilə əlaqədə həvalə edilsin”, — deyə Putinin fərmanında bildirilir.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl Mixail Petrakov icra edirdi. O, avqust ayında Rusiyanın Avstraliyadakı səfiri təyin olunub.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında sərhəd hələ delimitasiya olunmayıb. Rusiya, özünün işğal etdiyi Gürcüstanın iki bölgəsini — Abxaziyanı və Tsxinvali (Cənubi Osetiya) regionunu — “müstəqil dövlətlər” kimi tanıyır. Moskva mütəmadi olaraq Gürcüstana Abxaziya və Cənubi Osetiya ilə “müstəqil dövlətlər” kimi sərhədlərin müəyyən edilməsinə çağırış edir.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
İliya Dövlət Universiteti: “Ali təhsil islahatının təqdim olunan konsepsiyası ilə razı deyilik”
Öncəki yazı
”Güclü Gürcüstan – Lelo”  qəbul edilmiş qanunlarla bağlı  Konstitusiya Məhkəməsinə müraciət edəcək