This is a specific ad

Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib-Gürcüstan vətəndaşları artıq…

356

Another advertisement

Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşlarının ölkəyə giriş və çıxış prosedurunu sadələşdirən fərman imzalayıb.

QafqazTürk Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, Rusiya Federasiyasına giriş üçün vizasız rejim bundan sonra “Rusiya Federasiyasına işləmək və ya 90 gündən çox müvəqqəti qalmaq üçün gedən Gürcüstan vətəndaşlarına, o cümlədən təhsil almaq məqsədi ilə Rusiyaya gedənlərə şamil olunacaq”.

Bundan əvvəl Gürcüstanın bu kateqoriyasından olan vətəndaşların Rusiyaya vizasız daxil olmaq və ya Rusiya Federasiyasını tərk etmək hüququ yox idi.

Qərar imzalandığı gündən – oktyabrın 10-dan qüvvəyə minir.

Sözügedən dəyişikliklər 2023-cü ilin yazında Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdiyi zaman dərc edilən fərmanda yer alıb.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb
Öncəki yazı
Rustavi2 telekanalı Gürcüstan azərbaycanlılarını “Diaspora” adlandırıb