This is a specific ad

Putin gürcü və moldova xalqını Qələbə Günü münasibətilə təbrik edib

93

Another advertisement

Kremlin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının faşist Almaniyası üzərində Qələbə Gününü mayın 9-dan əvvəl ilk öncə MDB ölkələrini Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini, Gürcüstanın işğal olunmuş ərazilərinin rəhbərlərini, eləcə də gürcü və moldova xalqını təbrik edib.

Təbrikdə Putin qeyd edib ki, bu gün onlar döyüş meydanında misilsiz əməlləri və cəbhənin arxasındakı fədakar əməyi ilə nasist işğalçılarını məğlub etməyə və doğma vətənin azadlığını qorumağa imkan verən hər kəsi anacaqlar.

“Bu gün bizim mənəvi borcumuz atalarımızdan və babalarımızdan bizə miras qalmış dostluq və qarşılıqlı yardım ənənələrini müqəddəs saxlamaq, Böyük Vətən Müharibəsi ilə bağlı tarixi həqiqətlərin təhrif edilməsinə, o cümlədən faşistlərin bəraət qazanmasına yol verməməkdir.” – Putinin təbrikində deyilir.

Putin təbrikində bildirib ki, “Qələbənin mənəvi irsi ölkələrimiz və xalqlarımız arasında münasibətləri bundan sonra da möhkəmləndirəcək və səmərəli inkişaf etdirəcək”.

Qeyd edək ki, mayın 9-da Moskvada keçiriləcək Qələbə bayramına Qırğızıstan, Ermənistan və Qazaxıstan liderlərinin qatılacağı gözlənilir.

Rusiya Ukraynadan mümkün hücumlar qorxusundan bir neçə şəhərdə Qələbə günü ilə əlaqədar planlaşdırdığı tədbirləri ləğv edib.

Sonrakı yazı
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərə 11,5 il həbs cəzası verilib
Öncəki yazı
Çində daşqınlar səbəbindən yarım milyondan çox insan fəlakət zonasında qalıb