30-dan çox ölkə bu və ya digər formada “BRİKS”lə əlaqələri gücləndirmək arzusunu ifadə edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Putin Rusiyanın Kazan şəhərində BRİKS sammitində çıxışı zamanı bildirib.
Vladimir Putinin qeyd edib ki, sammitdə “BRİKS”in genişləndirilməsi məsələsinin müzakirəsi planlaşdırılır.
“Qlobal Cənub və Şərq ölkələrinin BRİKS ilə təmasları gücləndirməkdə görünməmiş marağını görməməzlikdən gəlmək düzgün olmazdı. Bu və ya digər formada artıq 30-dan çox ölkə belə arzularını ifadə edib. Eyni zamanda balansı saxlamaq və “BRİKS”in effektivliyinin azalmasına imkan verməmək lazımdır”, – deyə Vladimir Putin bildirib.
Hazırda BRICS-in üzvləri Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləridir.