Putin: 1939-cu ildə Polşanın faşist Almaniyasının ultimatumuna “yox” deməsini səhv idi – ƏTRAFLI

89

Rusiya Prezidenti Vladimir Putin 1939-cu ildə Polşanın faşist Almaniyasının ultimatumuna “yox” deməsini səhv adlandırıb. 29 avqust 1939-cu ildə Adolf Hitler Polşadan Qdansk şəhərinin verilməsini və ətraf dəhliz ərazisində plebisit keçirilməsini tələb etmişdi. Ultimatum 16 maddədən ibarət idi. Lakin Polşa tərəfindən rədd cavabından bir neçə gün sonra Almaniya Polşaya hücum etdi.

QafqazTürk xəbər verir ki, Putin bu açıqlamanı Polşa Prezidenti Karol Navrotskinin Belvedere Sarayında gəzərkən Marshal Pilsudski ilə “danışdığı” iddiasına cavab olaraq verib. Qeyd edək ki,  Yozef Piłsudski 1918-1920-ci illərdə Polşa hökumətinin rəhbəri, 1920-ci ildən isə baş komandan olmuşdu.

“Pilsudski Rusiyaya qarşı düşmən münasibətdə idi. Mən hesab edirəm ki, onun rəhbərliyi və ideyaları dövründə Polşa II Dünya Müharibəsindən əvvəl çox səhvlər etdi. Almaniya Qdaniski  və Qdaniski dəhlizi məsələsini sülh yolu ilə həll etməyi təklif etdi. O zaman Polşa hökuməti buna qəti şəkildə rədd cavabı verdi və nəticədə nasist təcavüzünün ilk qurbanı oldu”, – deyə Putin bildirib.

Bundan əlavə, Putinin sözlərinə görə, Sovet İttifaqı Almaniyaya qarşı Çexoslovakiyaya yardım etməyə hazır idi, lakin Polşa buna imkan vermədi. Rusiya Prezidenti əlavə edib ki, Polşa liderləri keçmişin “səhvlərini” nəzərə alarsa, Pilsudski ilə “danışıq” faydalı ola bilər.

“Bəli, biz demək olar ki, hər gün bir-birimizlə danışırıq. Çox məsələlər var. Bir tərəfdən 1920-ci il Polşa-Sovet müharibəsi. Həmçinin, Rusiya Federasiyasının hücumundan sonra beynəlxalq vəziyyət və ondan gələn təhlükələr. Tez-tez parlament barədə də danışırıq,” – Navrotski son günlər verdiyi müsahibədə zarafatla deyib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Putin: Bizim üçüncü ölkələrə qarşı aqressiv niyyətimiz yoxdur
Öncəki yazı
MSK rəhbəri Qiorqi Kalandarişvili seçkiöncəsi açıqlama verib