This is a specific ad

Provaslav xristianlar Pasxa bayramını qeyd edirlər.

66

Paskha holiday
Another advertisement

Provaslav xristianlar bu gün Pasxa bayramını qeyd edirlər.

Pasxa İsa Peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır.

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparırlar. Şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir. Bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayırlar.

Sonrakı yazı
Türkiyənin ilk müşahidə peyki orbitə buraxılıb
Öncəki yazı
Türkiyə ağırlıq qaldırma üzrə Avropa çempiyonu oldu – VİDEO