Prokurorluq Sabiq Baş Nazirə ittiham sürdü – ƏTRAFLI

77

Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, ölkənin sabiq baş naziri İrakli Qaribaşviliyə xüsusilə böyük məbləğdə qanunsuz gəlirin leqallaşdırılması  faktına görə ittiham irəli sürülüb.

QafqazTürk Media xəbər verir ki, qurumun açıqlamasına görə təqsirləndirilən şəxs özünü tam günahkar hesab edib. Prokurorluq məhkəməyə müraciət edərək, barəsində 1 milyon lari məbləğində girov tətbiq olunmasını tələb edib. Girovun təminatı həm nağd vəsait, həm də daşınmaz əmlak vasitəsilə mümkündür.

Eyni zamanda, prokurorluq əlavə tədbirlərin görülməsini o cümlədən Gürcüstan vətəndaşının pasportunun hüquq-mühafizə orqanına təhvil verilməsi və ölkədən çıxışına qadağa qoyulması ds istəyib .

Prokurorluğun məlumatına əsasən, vəzifədə olduğu müddətdə İrakli Qaribaşvili “gizli şəkildə və fəal olaraq müxtəlif biznes fəaliyyətləri ilə məşğul olub, gəlir bəyannamələrində isə saxta məlumatlar göstərib və guya ailə üzvündən hədiyyə kimi böyük məbləğdə vəsait aldığını qeyd edib”.

 “Bu yolla o, özəl biznesdə qanunsuz iştirak nəticəsində əldə etdiyi 830 min larini leqallaşdırmaq üçün onun mənşəyini süni şəkildə gizlədib. Bundan başqa, əsaslandırılmamış əmlaka qanuni görkəm vermək məqsədilə İrakli Qaribaşvili 2023–2024-cü illərdə dəyəri 463 630 lari olan iki avtomobil alıb və onları yaxın şəxsin adına rəsmiləşdirib, həmçinin ailə üzvü vasitəsilə dəyəri 210 000 lari olan bir şirkətin 100 faiz payını əldə edib. Həmin şirkətin balansında daşınmaz əmlak mövcud olub.

Paralel olaraq, onun ailə üzvünün adına qeydiyyatdan keçmiş MMC-yə ümumilikdə 3 670 172 lari məbləğində investisiya yatırılıb.

Eyni zamanda, qanunsuz gəlirin əsas hissəsini onun həqiqi mənşəyini və təyinatını gizlətmək məqsədilə xarici valyutaya konvertasiya edib. Nəticədə əldə edilmiş 6 500 000 ABŞ dolları 2025-ci il oktyabrın 17-də Qaribaşvilinin mənzilində aparılan axtarış zamanı aşkar edilərək götürülüb”, – deyə Prokurorluğun bəyanatında qeyd olunub.

Kateqoriya: Siyasət
Sonrakı yazı
İrakli Kobaxidze tələbələri dünyanın aparıcı universitetlərində oxumaq imkanı yaradan mərkəzin ləğvi barədə qətnamə imzaladı – ƏTRAFLI
Öncəki yazı
Litva: Rusiya hərbi təyyarələri ölkənin hava məkanını pozub