Prokurorluğun məlumatına görə, şəxsi yazışmaların məxfiliyini pozan və şəxsi kompüterə qanunsuz daxil olan bir nəfər saxlanılıb.
QafqazTürk Media xəbər verir ki, saxlanılan şəxs qısqanclıq zəminində dələduzluq yolu ilə zərərçəkmişin “Facebook” parolunun bərpa kodunu əldə edib, onun profilinə qanunsuz daxil olub və zərərçəkənin üçüncü şəxslə şəxsi yazışmalarına baxıb.
“Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin 159-cu maddəsinin birinci hissəsi (şəxsi yazışmaların, telefon danışığının və ya digər ünsiyyət sirrinin pozulması) və 285-ci maddəsinin birinci hissəsi (kompüter məlumatlarından və/və ya kompüter sistemindən qanunsuz istifadə) ilə ittiham olunur. Bu maddələr 3 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək”, – deyə Prokurorluqdan bildirilib.
Mənbə Azadıq Radiosu
