This is a specific ad

Prokurorluq parlament seçkilərində saxtakarlıq faktı ilə bağlı araşdırmalara başlayıb

256

Another advertisement

Gürcüstan Prokurorluğu Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı araşdırmaya başlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Gürcüstan prezidenti Salome Zurabişvili dindirilmək üçün istintaq orqanına çağırılıb.

“Mərkəzi Seçki Komissiyasının 30 oktyabr 2024-cü il tarixli müraciəti əsasında Gürcüstan Prokurorluğu parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 164³ maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə araşdırmaya başlayıb.

MSK-nın elanına və media vasitəsilə ictimai məkanda yayılan məlumatlara görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır, ona görə də qanuna əsasən, Gürcüstan prezidenti bu il oktyabrın 31-də dindirilmək üçün istintaq orqanına çağırılıb.

Gürcüstan Prokurorluğu MSK-nın direktivində göstərildiyi kimi, eyni zamanda, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. Onların arasında istintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək.

Burada ictimaiyyətin diqqətinə çatdırırıq ki, hüquq-mühafizə orqanları seçkiqabağı dövrdə və səsvermə günü aşkar edilmiş ayrı-ayrı qanun pozuntularının öyrənilməsi məqsədilə bir sıra cinayət işləri üzrə fəal araşdırmalar aparır.

Prokurorluq araşdırmanın nəticələri barədə vaxtaşırı ictimaiyyətə məlumat verəcək”, – məlumatda deyilir.

Kateqoriya: Cinayət, Siyasət
Sonrakı yazı
მარნეულის კულტურის ცენტრის სოლისტი შაბან მამედოვი გრან-პრის მფლობელი გახდა
Öncəki yazı
Ölkə prezidenti Prokurorluğa çağırılıb