This is a specific ad

Prokurorluq Marneuli bələdiyyəsində baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb

64

Another advertisement

Prokurorluq Marneuli bələdiyyəsində baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.

Təqsirləndirilən şəxs elə həmin günü Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

Qafqaztürk xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

” Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, avqustun 19-da Marneuli bələdiyyəsinin Sadaxlı kəndində ailə münaqişəsi zəmnində kişi həyat yoldaşına sinə nahiyəsinə bıçaqla xəsarət yetirib.Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 109-cu maddəsi (ailə üzvünə qarşı qəsdən adam öldürmə) ilə ittiham olunur. Sözügedən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edib”.- deyə Gürcüstan Prokurorluğunun bəyanatında bildirilir.

Qeyd edək ki, 18 avqust axşam saatlarında yaşı 50-dən az olan kişi həyat yoldaşını biçaqlayaraq öldürüb

Kateqoriya: Gündəm
Sonrakı yazı
İnternetin ən çox mem hazırlanan iti Çems ölüb
Öncəki yazı
პროკურატურამ მარნეულის მუნიციპალიტეტში მომხდარი განზრახ მკვლელობის ფაქტზე ერთ პირს ბრალდება წარუდგინა