• 22 Fevral 2025 22:00

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Prokurorluq – 22 narkotik alverçisinə qarşı cinayət işi açılıb

ByTürkan Şahverdova

Fev 7, 2025
Another advertisement

22 nəfərə qarşı narkotik vasitələrinin qanunsuz alınması, saxlanması, satışı, satışına cəhd və satışına hazırlıq ittihamları irəli sürülüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.

Qurumdan verilən məlumata görə, cinayət işi üzrə istintaq davam etdirilir.

“Daxili İşlər Nazirliyi tərəfindən müxtəlif cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın müxtəlif regionlarında narkotik vasitələrin satışı ilə məşğul olublar.

Keçirilən tədbirlər nəticəsində qanunsuz yolla əldə edilmiş müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanması, saxlamağa cəhd və saxlamağa hazırlama maddələri ilə ittiham olunublar ki, bu da 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Prokurorun vəsatəti əsasında təqsirləndirilən şəxslər barəsində artıq həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

Gürcüstan Prokurorluğunun cinayət mühakiməsi siyasəti narkotik alverçilərinə qarşı xüsusilə sərtdir və prosessual qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar yalnız nadir hallarda, təqsirləndirilən şəxslərin istintaqla əməkdaşlıq etdiyi hallarda tətbiq edilir”, – məlumatda deyilir.