This is a specific ad

Professor Mədəd Çobanovun anım mərasimi keçirilir – FOTO

17

Another advertisement

Bu gün, 22 İyul tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı və “QafqazTürk Medianın dəstəyi ilə Borçalı mahalının professoru, elm işçisi Mədəd Çobanovun anım gününə həsr olunmuş tədbir keçirilir.

QafqazTürk.com xəbər verir ki, anım tədbiri Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət evində baş tutur.

Mədəd Çobanovun anım mərasimində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Azərbaycanın Gürcüstandakı səfirliyin müşaviri Eldar Bayramov, parlamentin keçmiş deputatı Ramiz Bəkirov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət evinin direktoru Leyla Əliyeva, “Yenidənqurma və İnkişaf Mərkəzi-Şəffaf Qafqaz” təşkilatının rəhbəri Mübariz Qarayev, şairə Səadət Buta, Bolnisi bələdiyyə deputatı Rəsul Bəxtiyarov, ziyalılar və gənclər, mərhum Mədəd Çobanovun yaxınları və dostları iştirak edir.

Sonrakı yazı
Ermənistan prezidenti Paşinyan yeni müharibənin mümkünlüyünü açıqlayıb
Öncəki yazı
Gürcüstandan Türkiyəyə sərhədi qanunsuz keçməyə cəhd edən 2 İran vətəndaşı həbs edilib