This is a specific ad

Priqojinin qiyamının əsl səbəbi məlum olub

70

Another advertisement

Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə əvvəldən məlumat verib ki, onun döyüşçüləri Ukraynada müharibədə iştirak etməyəcək. Buna səbəb iş adamının nazirliklə müqavilə bağlamaması olub.
QafqazTürk.com xəbər verir ki,bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov açıqlama verib.
“Priqojin Müdafiə Nazirliyinin müqavilələrlə bağlı qərarına əməl etmirdi və ona “Vaqner”in müharibədə iştirak etməyəcəyi barədə məlumat verildi”, – deyə Kartapolov jurnalistlərə bildirib. O qeyd edib ki, iş adamının üsyanından bir neçə gün əvvəl Priqojindən başqa bütün birləşmələr müqavilə imzalayıb. Buna görə də Müdafiə Nazirliyi tərəfindən onun maliyyələşdirilməsi dayandırılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ukrayna İranı Beynəlxalq Məhkəməyə verəcək 
Öncəki yazı
“Titan” batiskafının qırıntıları ilə birlikdə meyit qalıqları da tapılıb