This is a specific ad

Priqojinin ölümü ilə əlaqədar hadisəyə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri münasibət bildirdi

63

Another advertisement

Priqojinin ölümü ilə əlaqədar hadisəyə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov münasibət bildirdi

“Vaqner Rusiya Federasiyasının kirəli qatilləridir.
Onlar üçün heç bir halda heç bir yerdə kimi qətl etməyin fərqi olmayıb. İstər Liviyada General Hafteri dəstəkləyərək rəsmi dövlət yanında duran müsəlmanları qırmaq olsun, istər Suriyada diktator Əsədə qarşı olan müsəlmanları qırmaq olsun, istər Afrikanın fərqli ölkələrindəki müdafiəsiz xristian zənciləri qətl etmək olsun, istərsə də onlar üçün qardaş sayılan Slavyan kökənli Ukraynalıları kütləvi şəkildə məhv etmək olsun.

Baş cəllad rolunda olan Priqojin Suriyada ABŞ tərəfdarları və Türklərlə qarşı-qarşıya durmuşdu, general Hafteri dəstəkləyəndə ABŞ qoşunları ilə bir səfdə yer almışdı. Yenə də Türklərə qarşı idi. Baş cəlladın öz sifarişçiləri tərəfindən məhv edilməsi əlbəttə ki, sevindirici haldır. Amma düşünürəm ki, Putin bu əməliyyatı ilə həm də ona qarşı üsyan etməyə cəhd etmiş Yevgeni Priqojini və onun yaxın əhatəsini məhv etməklə baş cəllad roluna yenisini gətirmiş oldu.

Rəsmi Rusiya Vaqnerə münasibətini dünya ictimaiyyətinə göstərərək eyni zamanda bu kirəli qatillər qoşununun bundan sonra dünyanın müxtəlif yerlərində törədəcəyi cinayətlərə görə məsuliyyət daşımadığı mesajını vermiş oldu”, – H. Yusibov qeyd edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Vaqner bundan sonra nə edəcək? İlk mesaj: Başlayırıq, hazır olun!
Öncəki yazı
ბაქო-თბილისი-ჯეიჰანის მილსადენის კონსორციუმი შესაძლოა, ნოერვეგიულმა Equinor-მა დატოვოს – კომპანია აზერბაიჯანიდან გადის