“Concord Management and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti Belarusda qeydiyyata alınıb.
QafqazTürk.com xəbər verir ki, MMC-nin hüquqi ünvanı “Vaqner” düşərgəsinin yerləşdiyi kənddir.
Məlumat respublikanın hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrində yerləşdirilib. “Concord Management and Consulting” şirkəti iyulun 19-da dövlət qeydiyyatına alınıb, onun fəaliyyət növü daşınmaz əmlakın idarə edilməsidir.
Yeni hüquqi şəxsin 100 faiz sahibi Rusiyanın “Concord Management and Consulting” şirkəti, rəhbəri isə Yevgeni Priqojindir.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, “Vaqner”ə Belarusun keçmiş hərbi şəhərciyində, Osipoviç yaxınlığında məskunlaşmaq təklif olunub. Tsel kəndindəki keçmiş hərbi hissənin ərazisində çadır şəhərciyi salınıb.