Priqojin Putinin təslim olmaq tələbini rədd etdi

1

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin təslim olmaq tələbini rədd edib.

QafqazTürk.com xəbər verir ki,bu barədə o, audiomüraciət yayıb.

“Biz boynumuzu büküb onların ayağına getmək niyyətində deyilik”, – deyə Priqojin səsli bəyanatında vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciət edib, “Vaqner” muzdlu hərbi təşkilatının son addımlarını dövlətə xəyanət adlandırıb. O, həmçinin silahlı qiyam qaldıran döyüşçülərə xəbərdarlıq edib və onları kriminal fəaliyyətlərini dayandırmağa çağırıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Böyük Britaniya vətəndaşlarına çağırış etdi: Rusiyaya getməyin!
Öncəki yazı
Qazaxıstan vətəndaşlarına müraciət etdi: Rusiyanın bu ərazilərinə getməyin