This is a specific ad

prezidentliyə namizəd güllələnərək öldürüldü

22

Another advertisement

Ekvadorda prezidentliyə namizəd seçki kampaniyası çərçivəsində seçicilərlə görüşdən sonra öldürülüb.
59 yaşlı Fernando Villavicencio Quito şəhərində tədbirdən çıxarkən hücuma məruz qalıb.

Qafqaztürk.com xəbər verir ki, namizədin komandasının üzvü yerli mətbuata bildirib ki, Fernando Villavisensio avtomobilə minərkən bir nəfər onun qarşısına keçərək başından atəş açıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları ilə atışma zamanı yaralanan və sonradan ölən şübhəlinin özü də öldürülüb.

Fernando Villavicencionun prezidentlik kampaniyası təhlükəsizlik və korrupsiya ilə mübarizəyə yönəlib. Prezidentliyə namizəd ötən həftə bildirib ki, o və komandası narkotik alveri ilə məşğul olan dəstənin lideri tərəfindən hədələnib.

Ekvadorun hazırkı prezidenti Gilyermo Lasso cinayətin cəzasız qalmayacağına söz verib. Ekvadorda prezident seçkilərinin birinci turu avqustun 20-nə təyin edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
პრეზიდენტობის კანდიდატი მოკლეს
Öncəki yazı
პოლონეთი ბელარუსის საზღვართან დამატებით 10 000-მდე ჯარისკაცის გადაყვანას გეგმავს