This is a specific ad

Prezidentin imzalamadığı qanunu Parlament sədri imzaladı

280

Another advertisement

Parlamentin sədri Şalva Papuaşvili “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıb.

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, mən Salome Zurabişvilinin imzalamadığı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram.

“Sevimli prezidentə çevrilmiş, vətənsiz, dəyərsizləşmiş müxalifətin nominal liderinin insan üçün ən dəyərli olanı – ailəni, övladını qoruyan qanunu imzalamaqdan imtina etməsi simvolikdir.  Salome Zurabişvilinin harda dayandığı bu imtina ilə açıq-aşkar aydın olur. Bu qanunla bağlı fikirlərini açıq bildirməyə cəsarəti çatmayan və qanuna səsvermə zamanı biabırçı şəkildə zaldan gizlin çıxan vətəndaşlığı olmayan müxalifətçilər hardadır?

İmzaladığım qanun indiki, müvəqqəti, dəyişən ideya və ideologiyaları əks etdirmir, sağlam düşüncəyə, tarixi təcrübəyə və çoxəsrlik xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır.

Mən yaxşı başa düşürəm ki, bu qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin biz gürcülər inancımız, sağlam düşüncəmiz və ölkəyə sədaqətimiz bunu tələb edən zaman  biz gürcülər heç vaxt başqalarının qiymətləndirməsindən qorxmamışıq. Biz öz kimliyimizi belə qoruyub saxlamışıq.

Bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən ifadə azadlığını qoruyur ki, bu da əsl demokratiyanın mahiyyəti və ideyasıdır.

Tolerantlıq gürcü xalqının fərqli xüsusiyyəti olub, var və olacaq. Bununla belə, onu da dərk etməliyik ki, tolerantlıq qarşılıqlı hörmət əsasında bir yerdə yaşamaqdır.

Bu qanun ən çox ictimai dəstək alan qanunlardan biridir. 2024-cü il mayın 17-də bir milyona yaxın Gürcüstan vətəndaşı küçələrə çıxıb və bununla da bu qanunla bağlı faktiki referendum keçirib. Onun qəbulu zamanı biz dini konfessiyaların nümayəndələri ilə də müzakirələr apardıq, burada həm Gürcü Pravoslav Kilsəsi, həm də digər dini konfessiyalar bu qanunu tam dəstəklədiklərini bildirdilər.

Ona görə də mənim üçün bu qanunun imzalanması ən böyük legitimliyə malik imzadır”, – Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
“WhatsApp”dan növbəti yenilik
Öncəki yazı
Qadın 4-cü mərtəbədən paltar asan zaman yıxılıb