Seçkilər kollegiyası tərəfindən prezident postuna seçilən Mixail Kavelaşvili parlament sarayında prezident andı içəcək. İnauqurasiya dekabrın 29-da baş tutacaq və əldə olan məlumata görə, mərasim saat 11:00-da başlayacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Tədbir Parlament aparatı tərəfindən hazırlanır. Tədbirdə seçki kollegiyasının üzvləri – Spikerlər, hökumət, konstitusiya qurumlarının nümayəndələri və prezidentin ailə üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, bu ayın 14-də Parlament Sarayında dolayı yolla prezident seçkiləri keçirilib. Kavelaşvili prezidentliyə yeganə namizəd olub. O, “Gürcü Arzusu”nun 224 seçicisi tərəfindən Seçki Kollegiyasına üzv seçilib. Müxalifət seçkilərdə iştirak etməyib.