• 17 Fevral 2025 15:50

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Prezident Ukrayna xalqına müraciət edib

ByAida Orucova

Noy 19, 2024
Another advertisement

1000 gündür ki, siz öz ölkənizi qorumaq üçün mübarizə aparırsınız”.

QafqazTürk Media xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili Rusiyanın Ukraynaya təcavüzünün 1000-ci günü ilə bağlı yayımladığı videomüraciətdə bildirib.

1000 gündür ki, siz, ukraynalı dostlar, ölkənizi qorumaq, müstəqilliyinizi qorumaq, azadlığınızı qorumaq üçün mübarizə aparırsınız. Siz bizim adımıza, avropalılar adına, öz azadlığını rus imperializmindən, Rusiyanın tabeliyindən, ilhaqından qorumaq istəyən hər kəsin adından mübarizə aparırsınız. Sizin bu mübarizəniz, əziz ukraynalı dostlar, heç vaxt unudulmayacaq. Və bu gün işğal altındakı Abxaziyada vətəndaşlarımızın Rusiyanın Abxaziyanı ilhaq etmək cəhdinə qarşı çıxması təsadüf ola bilər. Bu da uğurlu olmayacaq və insanlar harada azadlıq və müstəqillik uğrunda mübarizə aparırlarsa, hər yerdə qalib gələcəklər”.