This is a specific ad

Prezident seçkilərində Maia Sandu qalib gəlib

262

Another advertisement

İlkin nəticələrə görə, Moldovada keçirilən prezident seçkilərində avropapərəst namizəd, hazırkı prezident Maia Sandu qalib gəlib.

Nəşrin yazdığına görə, prezident seçkilərinin ikinci turunda səslərin 98 faizi hesablandıqdan sonra Sandu, demək olar ki, 55 faizlə öndədir, onun rəqibi, Rusiyayönlü “Sosialistlər Partiyası”nın dəstəklədiyi Aleksandr Stoyanoqlo 45,03% səs qazanıb.

Xatırladırıq ki, dünən Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Seçici fəallığı 54% təşkil edir. Xaricdə açılan seçki məntəqələrində mühacir seçicilər arasında fəallıq xüsusilə yüksək olub.

Səsvermə zamanı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stanislav Sekrieu bildirib ki, Rusiya tərəfinin seçki prosesinə kütləvi müdaxiləsi olub”.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Müxalifət bu gündən Tbilisidə aksiyalara başlayır
Öncəki yazı
İranda universitet qarşısında paltarını soyunan tələbə həbs olunub