Konstitusiya Məhkəməsində prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı məhkəmə iclası sabah saat 11-də davam etdiriləcək.
QafqazTürk.com xəbər verir ki, məlumata görə, bu gün 7 saat davam edən proses bu gün yekunlaşıb.
Məsələyə Konstitusiya Məhkəməsinin 9 hakimindən ibarət plenumda baxılır.
Bugünkü iclasda prezidentin özü iştirak etməyib. Vəkillər Tamar Çuqoşvili və Maya Kopaleişvili məhkəmədə onun maraqlarını müdafiə edirlər.
Sessiyada təqdimatların müəllifləri qismində “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze və hakim partiyanın digər üzvləri: Anri Oxanaşvili, Qiorqi Kaxiani və Tengiz Şarmanaşvili iştirak ediblər.
Hakim komandanın Zurabişviliyə qarşı impiçment prosesinin başlamasına əsas prezidentin Salome Zurabişviliyə hökumətin razılıq vermədiyi xarici səfərləri olub.
Sentyabrın 1-də “Gürcü arzusu” partiyasının siyasi şurasının iclasında prezidentin impiçmenti məsələsi qərara alınıb. Konstitusiya Məhkəməsinə rəy hazırlamaq üçün bir ay müddət verilir. Məhkəmənin müsbət nəticə verəcəyi təqdirdə prezidentin vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi lazımdır ki, bu da “Gürcü arzusu”nun əksəriyyətində yoxdur.