This is a specific ad

Prezident Salome Zurabişvilidən təbrik mesajı

208

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynanın Müstəqillik Günü ilə bağlı müraciət edib. Prezident təbrikində Ukraynanın işğaldan azad olunmasını və sülhün bərqərar olmasını arzulayır.

“Əziz ukraynalı dostlar, bütün qəlbimlə və gürcü xalqı adından sizi Müstəqillik günü münasibətilə təbrik etmək istəyirəm! Sizə hədəfinizə doğru irəliləyiş arzulayıram ki, bu da bizim ümumi məqsədimizdir – ölkənizin işğaldan azad edilməsi, sülhün, tam suverenliyin və ərazi bütövlüyünün bərpası. Mənim öz ölkəm üçün də arzum budur və hər iki ölkənin Avropa gələcəyi üçün bunu arzulayıram!” – Salome Zurabişvili video təbrikdə deyir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Dünyada bir ilk: Ağciyər xərçənginə qarşı peyvənd sınaqları başladı
Öncəki yazı
24 avqust Gürcüstanın Konstitusiya günüdür