Prezident Salome Zurabişvili Donald Tramp və Emmanuel Makronla görüşüb

115

Gürcüstan prezidenti Salome Zurabişvili Parisdə ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Görüşlə bağlı video və məlumatı sosial şəbəkələrdə Salome Zurabişvilinin özü yayıb.

 “Mən prezident Tramp və Makronla dərin müzakirə apardım. Söhbət oğurlanmış seçkilərdən və gürcü xalqına qarşı qorxulu repressiyalardan gedirdi. Mən güclü Amerika Birləşmiş Ştatlarının zəruriliyini vurğuladım. Gürcü xalqının Donald Tramp timsalında dostu var. ”- Salome Zurabişvili yazır.

Məlumat üçün bildirək ki, Parisdə 40 ölkənin hökumət rəhbərləri beş il əvvəl baş vermiş yanğından sonra bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak ediblər.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Bu günə olan valyuta məzənnəsi belədir
Öncəki yazı
Parlamentin qarşısında Yeni il yolkasının quraşdırılması işləri aparılır