This is a specific ad

Prezident Salome Zurabaşviliyə qarşı impiçment proseduruna başlanılıb

9

Another advertisement

“Gürcü arzusu” prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayır. Bu barədə qərar partiyanın siyasi şurasının iclasında qəbul edilib.

QafqazTürk.com xəbər verir ki,“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Zurabişvili hökumətin imtinasına baxmayaraq, Avropaya gedib və bununla da “konstitusiyanı kobud şəkildə pozub”.

Kobaxidze həmçinin qeyd edib ki, bu proseduru sona çatdırmaq üçün müxalifət nümayəndələri də daxil olmaqla 100 parlamentarinin səsi lazımdır və bu səbəbdən impiçmenti başa çatdırmaq mümkün deyil.

“Gürcüstan Konstitusiyası bu pozuntu ilə bağlı yeganə fəaliyyət mexanizmini nəzərdə tutur – bu, impiçmentdir. Dünən və əvvəlki gün   biz qeyd etmişdik ki, Konstitusiyanın kobud şəkildə pozulmasına baxmayaraq, indiki siyasi şəraitdə impiçmenti başa çatdırmaq mümkün deyil.İmpiçmentin sona çatdırılması üçün 100 deputatın səsi lazımdır və buna görə də radikal müxalifətin səsi olmadan bunu həyata keçirmək mümkün deyil, lakin buna baxmayaraq, partiyanın siyasi şurasının iclasında bunun perspektivi yoxdur.Biz Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik. Bu, Gürcüstan Konstitusiyası qarşısında bizim məsuliyyətimizdir. Gürcüstan Konstitusiyasının pozulmasına göz yummaq hüquqi dövləti, qanunun aliliyini və demokratik konstitusiya sistemini sarsıdır.”-deyə Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki,Prezident administrasiyasının məlumatına görə, Zurabişvili Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsinə dəstək məqsədilə Avropa liderləri ilə görüşlər keçirir. Avqustun 31-də o, Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.

Avqustun 30-da Gürcüstan hökuməti prezident Salome Zurabişvilinin Avropaya səfəri ilə paralel bəyanat dərc edib və qeyd edib ki, ona Ukrayna da daxil olmaqla bütün tələb olunan səfərlərdən imtina edilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Zelenskidən ikinci prezidentlik müddəti barədə açıqlama
Öncəki yazı
Son dəqiqə:Kəlbəcər artilleriya atəşinə tutuldu