This is a specific ad

Prezident prokurorluğa brifinqlə cavab verib

266

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili prokurorluğa dindirilməyə çağırılsa da o, cavab olaraq administrasiyada brifinq keçirib və istintaq orqanına müraciət edib. O, iddia edilən pozuntuları əks etdirən video kollaj təqdim edib.

“Bəli, canlı kadrlar var və hamınız onları görmüsünüz, çünki həm sosial şəbəkədə həm də mediada çox yayıldı. Birbaşa soruşulur ki, oktyabrın 26-da nə baş verib, seçkilər necə keçirilib.

Belə çıxır ki, prokurorluq məndən sübut gözləyir halbuki istintaq orqanları sübutları özləri toplamalı idilər. İstintaq orqanının seçkilər zamanı prezidentdən sübut tələb etdiyini heç vaxt eşitməmişəm”, – prezident bildirib.

O, prokurorluğa xalq qarşısında cavabdeh olduğunu xatırladıb, “cəmiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir” deyib.

Xatırladaq ki, Gürcüstan Prokurorluğu Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı araşdırmaya başlayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
İspaniyada ölənlərin sayı 95-ə çatıb
Öncəki yazı
Avropa Komissiyası Gürcüstanla Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə etmir