This is a specific ad

Prezident Mixail Kavelaşvili xalqı Yeni il münasibətilə təbrik edib

45

Another advertisement

“İnanıram ki, bu il xeyirin şər üzərində qələbə çalması, cəmiyyətin birləşməsi və güclənməsi ili olacaq – cəmiyyətin Vətənimiz ətrafında birliyi siyasətçilər üçün örnək olmalıdır ki, onlar da ölkənin daha yaxşı gələcəyi üçün dil tapa bilsinlər”.

QafqazTürk Media xəbər verir ki, bunu seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Mixail Kavielaşvili Yeni il təbriki zamanı deyib.

Mixeil Kavelaşvilinin fikrincə, sevginin gücü bütün “bizi parçalaya və qarşı-qarşıya qoya bilən vəsvəsələrə” qalib gəlir.

“Əziz Gürcüstan vətəndaşları, Yeni iliniz mübarək! Sizə sülh, xoşbəxtlik və sevinc arzulayıram. Uşaqlarımızı xüsusi sevgi ilə təbrik etmək istəyirəm. Arzu edirəm ki, bugünkü sehrli Yeni il gecəsi onların arzularının həyata keçməsinin başlanğıcı olsun.

2025-ci ildə hər bir ailəmizə sevgi, hərarət və sevinc daxil olsun. Mən abxaziyalı və Osetiyalı qardaş və bacılarımızı Yeni il münasibətilə xüsusi hərarət və məhəbbətlə təbrik etmək istəyirəm. Qoy Yeni ilin sevinci ümumi, xoşbəxt gələcəyimizin xəbərçisi olsun.

 

Gələcək birliyimizi sevgi və qarşılıqlı hörmət üzərində qurmalıyıq. Belə fədakar məhəbbət gürcü nənə və babaların nəvələrini sevmələri və ənənəvi gürcü ailəsində nənə və babalara münasibətdə özünü göstərən hörmət nümunədir.

2025-ci il gürcülərin böyük sevgisi və birliyi ili olsun.

Qoy sevginin qüdrəti bizi bölə və qarşı-qarşıya qoya biləcək bütün sınaqlara qalib gəlsin.

Bir daha Yeni iliniz mübarək, Allah qoruyucumuz olsun…”, – Mixail Kavelaşivli qeyd edir.

Sonrakı yazı
Parlament sədri Şalva Papuaşvili xalqı Yeni il münasibətilə təbrik edib
Öncəki yazı
Gürcüstanda tütün istehsalı lisenziyalı fəaliyyətə çevrilib