Prezident Mixail Kavelaşvili ilə Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov arasında görüş baş tutub

57

Prezident Mixail Kavelaşvili ilə Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov arasında görüş baş tutub.

Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq, tərəfdaşlıq və iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə dərinləşdirilməsi və inkişaf perspektivlərini müzakirə ediblər.

Prezident bildirib ki, Gürcüstan və Azərbaycan arasındakı dostluq və sıx əməkdaşlıq modeli nümunəvidir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır.

Görüş çərçivəsində Gürcüstan Prezidenti, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi sarsılmaz dəstəyə görə Azərbaycan tərəfinə bir daha təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, Gürcüstan uzunmüddətli, dayanıqlı sülh və sabitliyin Cənubi Qafqazda bərqərar olmasının tərəfdarıdır.

Kateqoriya: Cəmiyyət, Region, Siyasət
Sonrakı yazı
ABŞ “UNESCO”-dan çıxır – Dövlət Departamenti rəsmi açıqlama yayıb
Öncəki yazı
23 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur