Prezident Mixail Kavelaşvili BMT-nin baş qərargahında Birləşmiş Millətlər Təşkilatının yaradılmasının yubiley tədbirində iştirak edir

164

Gürcüstan Prezidenti Mixail Kavelaşvili, gürcü nümayəndə heyəti ilə birlikdə BMT-nin baş qərargahında Birləşmiş Millətlər Təşkilatının yaradılmasının yubiley tədbirində iştirak edir.

Yüksək səviyyəli plenar iclas təxminən bir saat davam edəcək.

Mixail Kavelaşvili 21 sentyabrda Amerika Birləşmiş Ştatlarına səfər edib. Gürcüstan Prezidenti Nyu-York səfəri çərçivəsində BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

Gürcüstan Prezidentinin Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, ABŞ səfəri çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılıb. Mixail Kavelaşvili BMT-nin Baş katibi Antonio Quterreşlə görüş keçirəcək.

Bundan əlavə, Gürcüstan Prezidenti ABŞ Prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya Trampın adından Baş Assambleyanın 80-ci sessiyasının iştirakçı nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunacaq rəsmi qəbulda iştirak edəcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
“Lelo-Güclü Gürcüstan” partiyasının Bolnisi üzrə namizədi Asəf Çıraqov namizədliyini geri götürüb
Öncəki yazı
23 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur