Prezident Mixail Kavelaşvili BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Mətbuat xidmətinin məlumatına görə, görüşdə sülhün və davamlı inkişafın vacibliyinə xüsusi diqqət yetirilib, həmçinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasında Gürcüstanın roluna toxunulub.
Tərəflər dünyanın üzləşdiyi aktual problemləri də müzakirə ediblər.
Prezident Mixail Kavelaşvili bildirib ki, Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi rifah yolu dəyişməzdir. Onun sözlərinə görə, BMT Baş katibi bu istiqamətdə Gürcüstan rəhbərliyinə təşəkkür edib və ölkənin doğru seçim etdiyini vurğulayıb:
“Baş katib qeyd etdi ki, biz böyük təzyiqlərə tab gətirmişik və Gürcüstanın sülh, sabitlik və inkişaf yolunu seçməsi yüksək qiymətləndirilir. Bu, hamı tərəfindən görünür və dəyərləndirilir. Belə münasibətləri eşitmək çox xoşdur”, – Kavelaşvili qeyd edib.
Görüşün sonunda Mixail Kavelaşvili BMT-nin fəxri qonaqlar kitabına xatirə yazısı da buraxıb.