Prezident Mixail Kavelaşvili ABŞ-da rəsmi səfərdədir

135

Gürcüstan Prezidenti Mixail Kavelaşvili rəsmi səfərlə Amerika Birləşmiş Ştatlarına yola düşüb. Səfər çərçivəsində Prezident Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

ABŞ-da yüksək səviyyəli ikitərəfli görüşlər də planlaşdırılıb.  Mixail Kavelaşvili BMT-nin Baş katibi Antonio Quterreşlə görüşəcək.

Prezident həmçinin ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melania Trampın adından Baş Assambleyanın iştirakçı nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunacaq rəsmi qəbulda iştirak edəcək.

Mixail Kavelaşvili 21–26 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Sarpi gömrük-keçid məntəqəsində bəyan edilməmiş qızıl məmulatların gətirilməsinin qarşısı alınıb
Öncəki yazı
Avtomobil partladı, sürücü dünyasını dəyişdi