Another advertisement
“Bu seçkilərin tanınması mümkün deyil. Bunun tanınması Rusiyanın müdaxiləsinin tanınması deməkdir”.
QafqazTürk Media xəbər verir ki, bunu az əvvəl Prezident Administrasiyasında baş tutan brifinqdə Prezident Salome Zurabişvili bəyan edib.
Müxalifət liderləri ilə birgə keçirdiyi brifinqdə Salome Zurabişvilinin sözlərinə görə, 26 oktyabrda keçirilən seçkilər tamamilə “saxtalaşdırılıb”.
“Texnologiya saxtalaşdırmanı gizlətmək üçün istifadə edilib. Belə bir şey indiyə qədər olmayıb… Rusiya seçkiləri keçirildi”, – deyə Salome Zurabişvili qeyd edib.