This is a specific ad

Prezident İlham Əliyev İrakli Qaribaşvili ilə görüşüb

9

Another advertisement

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Qafqaztürk xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

Gürcüstanın Baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirib.

Azərbaycan prezidenti Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmnuniyyətlə xatırlayıb.

Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Transxəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Əməkdaşlığın perspektivləri və qarşılılıq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə “Milli Hərəkat” partiyasının ofisinə bomba qoyulduğu iddia edilir
Öncəki yazı
„რეგიონში ვართ ერთადერთი ქვეყანა, რომელსაც აქვს თავისუფალი ვაჭრობის შეთანხმება ჩინეთთან და ევროკავშირთან“ – ირაკლი ღარიბაშვილი