Prezident İlham Əliyev: “Biz bu gün Xankəndinin mərkəzindəyik, Azərbaycan Bayrağı altında, bu, tarixi hadisədir”

2

“Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonrakı çıxışında deyib.

İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”, – deyə İlham Əliyev qeyd edib.

AzərTac

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Torpaqlarımız işğal altına düşəndə bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”
Öncəki yazı
Bu gün Tbilisidə “Saza and içirəm” adlı musiqi gecəsi baş tutacaq