Another advertisement
Gürcüstan prezidenti Salome Zurabişvili noyabrın 25-də on birinci çağırış parlamentin ilk iclasının konstitusiyaya zidd olduğunu düşünməsinin 3 səbəbini göstərir.
“Gürcüstan parlamentinin sabahkı iclası konstitusiyaya ziddir:
Kütləvi seçki saxtakarlığı onun legitimliyini şübhə altına alıb.
Mən birinci iclası çağırmaqdan imtina etdim və konstitusiya heç kimi mənim əvəzim kimi tanımır.
Mənim şikayətimə Konstitusiya Məhkəməsində baxılacaq”, – Zurabişvili X-də yazıb.