This is a specific ad

Prezident gənc aktivist Lazare Qriqoriadisi əfv edib

14

Another advertisement

Prezidenti Salome Zurabişvili  keçən ilin   martında  Tbilisidə keçirilən aksiyalar zamanı polislərə hücum etməkdə və əmlaka ziyan vurmaqda ittiham olunan  Lazare Qriqoriadisi əfv etdiyini açıqlayıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “TV Pirveli” telekanalına müsahibəsində bildirib.

“Sizə deyim ki, bu gün səhər saat 10-da Lazare Qriqoriadisi əfv etmək qərarına gəldim. Mən vicdanımda hiss etdim ki, bu gəncə 9 il cəza verilməsi düzgün deyil. Mən hələ imzalamamışam, prosedurlar qabaqdadır, lakin heç kimə bir fikir bildirmədən özüm qərar qəbul etmişəm”, – deyə Salome Zurabişvili bildirib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsi  2023-cü il martında “xarici agentlər haqqında” qanun layihəsi ilə əlaqədar keçirilən aksiyalar zamanı saxlanılmış Lazare Qriqoriadis barədə 9 il müddətinə həbs qərarı verib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Saraclı sakini meşədə ölü tapıldı
Öncəki yazı
Bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək