This is a specific ad

Prezident: “Əsrlərdir ki, biz Rusiyanın təcavüzünü izləyirik”

17

Another advertisement

“Əsrlərdir ki, biz Rusiyanın təcavüzünü dəyişməz olaraq izləyirik, Rusiyanın siyasətinə cavabımız yalnız birdir – bu Avropadır, sülhdür”.

QafqazTürk.com xəbər verir ki,bu barədə prezident Salome Zurabişvili Orbeliani sarayında keçirdiyi brifinqdə bildirib.

Prezident rus işğalçıları tərəfindən Kirbali kəndi yaxınlığında öldürülən Gürcüstan vətəndaşı Tamaz Qinturinin ailəsinə başsağlığı verib.

“Mən Tamaz Qinturinin ailəsinə və bütün Gürcüstana başsağlığı verirəm. Rusiyanın əsrlərdir vətəndaşlarımızı bizim ərazilərimizdə öldürmək, oğurlamaq siyasəti bitmir. Buna Rusiyanın “sülhsevər siyasəti” deyirlər. Doğrudan da, biz əsrlərdir Rusiyanın təcavüzünü, Rusiyanın anonslarını, birtərəfli münasibət sərgiləməsini görürük. Rusiyanın siyasətinə cavabımız yalnız birdir – bu cavab Avropadır, sülhdür. Bizim gələcəyimiz tərəfdaşlarımızladır və Avropadadır”, – deyə Salome Zurabişvili vurğulayıb.

Prezident həmçinin sabah saat 20:00-da hər kəsin ölkənin Avropa gələcəyinə dəstək vermək üçün toplaşacağını bildirib.

“Sabah Avropa Komissiyası Gürcüstanla bağlı rəy verəcək. Düzdür, bu hələlik yekun nəticə deyil. Sabah, noyabrın 8-i, saat 20:00-da böyük tədbir və böyük konsert planlaşdırırıq. Hamımızın iştirak edəcəyi böyük imza kampaniyasına başlamaq üçün toplaşacağıq. Cəmiyyətimiz bu gün həmrəy olmalıdır”, – deyə prezident əlavə edib.

Məlumat üçün bildirək ki, noyabrın 6-da rus işğalşıları Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında Gürcüstan vətəndaşını öldürüblər, digər bir nəfəri isə qanunsuz olaraq həbs ediblər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Prezident rus işğalçı qüvvələri tərəfindən öldürülən Tamaz Qinturinin ailəsini ziyarət edib
Öncəki yazı
Baş nazir: Rusiya hərbçilərinin Gürcüstan vətəndaşını öldürməsi mürəkkəb təhlükəsizlikdən xəbər verir