Rəcəb Tayyib Ərdoğan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında danışıb. Ərdoğan, “Bütün bəşəriyyət Fələstin xalqının ağır bədəlini ödədiyi azadlıq mübarizəsini hüquq və diplomatiya əsasında dəstəkləməlidir” dedi.
QafqazTürkmedia xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransı keçirib.
Ərdoğan Fələstin xalqının azadlıq mübarizəsinin hüquq və diplomatiya əsasında dəstəklənməli olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğanın çıxışından diqqət çəkən məqamlar belədir:
Mən Gürcüstanın baş naziri Kobaxidzeni salamlayıram. Slovakiyanın baş naziri Robert Fikoya qarşı iyrənc hücum olub. Bir daha Slovakiyanın Baş nazirinə və xalqına ən xoş arzularımı çatdırıram.
Dost Gürcüstan xalqını müstəqillik günü münasibətilə təbrik edirəm. Cənab Kobaxidzeyə vəzifəsində uğurlar arzulayıram. İki dost ölkə olaraq məhsuldar görüşlərimiz oldu.
Türkiyənin Gürcüstana güclü dəstəyini bir daha vurğuladıq. Cənab Baş nazir Gürcüstandakı daxili siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşdü. Türkiyə olaraq ümid edirəm ki, hadisələr Gürcüstan xalqı üçün müsbət olacaq.