“Gürcüstanın Avropa İttifaqına üzvlüyü üçün lazım olan islahatları davam etdirirəm”.
Qafqaztürk xəbər verir ki, bunu Gürcüstanın Prezidenti Salome Zurabaşvili “X”də yazıb.
O, Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə etməsini alqışlayıb:
“Mən Gürcüstan xalqı ilə fəxr edirəm. Öz rolumu oynamağa davam edəcəm”.
Həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də qərara münasibət bildirib. O, buna görə Aİ-yə təşəkkür edib:
“Biz dəstəyə görə minnətdarıq. Avropa İttifaqına tam hüquqlu üzvü olmaq üçün işlərimizi davam etdirməkdən məmnunuq”.
Həmçinin Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili isə qeyd edib ki, bu, qərar Gürcüstanın Avropa İttifaqına üzvlük yolunda həyata keçirdiyi işlərin təzahürüdür:
“Biz gücümüzü, birliyimizi və Avropa dəyərlərinə sadiqliyimizi birlikdə nümayiş etdirmişik”.
Nazirin sözlərinə görə, Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı yekun qərar bu ilin dekabr ayında qəbul olunacaq.
Xatırladaq ki, Avropa Komissiyası noyabrın 8-də Avropa İttifaqına tövsiyə edib ki, Tbilisiyə namizəd statusu versin.