İşğal olunmuş Abxaziyanın iqtidar və müxalifət nümayəndələri danışıqlardan sonra saziş imzalayıblar, ona görə də Prezident Aslan Bjaniya tutduğu “vəzifə”dən istefa verəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Ölkədə sabitliyi və konstitusiya qaydasını qorumaq üçün mən Abxaziya Respublikasının prezidenti vəzifəsindən istefa verdiyimi elan edirəm”, – Bjaniyanın bəyanatında deyilir.
Həmçinin, müqaviləyə əsasən, sözdə Hökumət binaları kompleksinin ərazisinə toplaşan vətəndaşlar noyabrın bu gün dağılışmalıdırlar, bu bənd yerinə yetirilməsə, Bjaniya “istefa verməkdən” imtina edəcək.
Bu gün Abxaziya Parlamenti Bjaniyanın “istefası” məsələsini müzakirə edir və onun vəzifəsini Vitse-prezident Badra Qunba yerinə yetirəcək.