Gürcüstan prezidenti Salome Zurabişvili bu gün 9 məhkumu əfv edib.
Qafqaztürk xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.
“Gürcüstan prezidenti bu gün 9 məhkumu əfv edib, onlardan 5 nəfəri cəzaçəkmə müəssisəsində cəza çəkməkdən tam azad edilib və bu gün cəzaçəkmə müəssisəsini tərk edəcəklər, 4 məhkumun isə qalan cəza müddəti azaldılıb. Azadlığa buraxılan məhkumlar arasında 2 nəfəri qadındır”, – deyə məlumatda bildirilib.
P.S Çox təəssüf ki, əfv olunanlar arasında yenə də 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı yoxdur.